Əsas Səhifə > Ölkə idmanı > "Araz-Naxçıvan"ın legioneri növbəti oyunu buraxa bilər

"Araz-Naxçıvan"ın legioneri növbəti oyunu buraxa bilər


7-11-2023, 15:07


"Araz-Naxçıvan"ın futbolçusu İqor Ribeyro "Kəpəz"ə qarşı keçirəcəkləri Azərbaycan Premyer Liqasının XIII turunun matçını buraxa bilər.

BrendSport.az
xəbər verir ki, zədəli olan 27 yaşlı müdafiəçi fiziki hazırlıq üzrə məşqçinin nəzarəti altındadır.

Braziliyalının meydana çıxıb-çıxmayacağı oyun günü bəlli olacaq.

"Kəpəz"lə görüşün hazırlıqlarını davam etdirən "Araz-Naxçıvan" bu gün "Dalğa Arena”nın ehtiyat meydanında məşq keçib.

Qeyd edək ki, "Kəpəz" Premyer Liqanın XIII turunda "Araz-Naxçıvan"la üz-üzə gələcək. Noyabrın 10-da reallaşacaq qarşılaşma saat 19:00-da başlayacaq.
Geri qayıt