Əsas Səhifə > Ölkə idmanı > Zəfər Gününə həsr olunan ölkə birinciliyi keçirilir
Zəfər Gününə həsr olunan ölkə birinciliyi keçirilir2-11-2023, 19:33 |
Azərbaycan Gənclər və İdman Nazirliyi (AGİN )və Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş stolüstü tennis üzrə ölkə birinciliyinə start verilib. BrendSport.az xəbər verir ki, yarışda paytaxt və bölgələrdən 2011-ci il və daha kiçik təvəllüdlü 70-ə yaxın idmançı bacarığını göstərir. Birinciliyin təşkilində əsas məqsəd Azərbaycan tarixinin ən önəmli səhifələrindən sayılan Zəfər Gününün təbliği və uşaqlarda vətənpərvərlik hissinin aşılanmasıdır. İki gün davam edəcək yarışlar, həmçinin yeni istedadların üzə çıxarılması baxımından da əhəmiyyətlidir. Qeyd edək ki, fərqlənən idmançılara AGİN-in diplom və medalları, həmçinin ASTF-nin mükafatları təqdim olunacaq. Geri qayıt |