Əsas Səhifə > Ölkə idmanı > Goranboy Olimpiya İdman Kompleksinə mediatur təşkil edilib

Goranboy Olimpiya İdman Kompleksinə mediatur təşkil edilib


22-10-2023, 19:00


Goranboy Olimpiya İdman Kompleksinə media nümayəndələri üçün mediatur təşkil edilib.

BrendSport.az
xəbər verir ki, jurnalistlərə burada yaradılan şərait barədə məlumat verilib.

Daha sonra media nümayəndələri idmançıların məşq prosesi ilə tanış olublar.

Qurumun direktoru Tural Bədəlov 2021-ci ildə təsis edilən kompleksdə 9 idman növünün fəaliyyət göstərdiyini bildirib. O deyib: “Yaxın zamanlarda bu idman növləri sırasına voleybolu da daxil etməyi planlaşdırırıq. Burada idmançılar üçün yarışlara hazırlıq prosesi keçirilir. 15 yaşa qədər yeniyetmə cüdoçuların təlim-məşq proqramı bu kompleksdə baş tutub. Noyabrın 2-də isə U-18 yığmasının məşqləri reallaşdırılacaq”.
Geri qayıt