Əsas Səhifə > Ölkə idmanı > Qurban Qurbanova nüfuzlu feyr-pley mükafatı təqdim olunub

Qurban Qurbanova nüfuzlu feyr-pley mükafatı təqdim olunub


22-10-2023, 18:59



“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova ədalətli oyun prinsiplərinə görə verilən “Jean Borotra World Fair Play Career” mükafatı təqdim olunub.

BrendSport.az
xəbər verir ki, təcrübəli mütəxəssis ən nüfuzlu idman mükafatını Beynəlxalq Feyr-Pley Komitəsinin (CİFP) Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan təqdimetmə mərasimində alıb.

Q. Qurbanov karyerası ərzində ədalətli oyun prinsiplərinə sadiqliyinə görə verilən bu mükafata layiq görülən ilk azərbaycanlı kimi tarixə düşüb. Baş məşqçinin CİFP-in “Jean Borotra World Fair Play Career” və “Pierre de Coubertin World Trophy” mükafatlarına namizədliyi Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) tərəfindən irəli sürülüb. Komitə onun bir dəfə deyil, karyerası boyu ədalətli oyun prinsiplərinə sadiq qalmasını nəzərə alıb və Qurbanovu daha nüfuzlu “Jean Borotra World Fair Play Career” mükafatına layiq görüb.

Xatırladaq ki, Qurban Qurbanov 2022-ci ildə UEFA Konfrans Liqasının pley-off mərhələsinin Fransa “Marsel”i ev matçında İbrahima Vadjinin əllə vurduğu qolu ləğv etdirib. O, daha əvvəl 2015-ci ildə “İnter”lə Premyer Liqa, üç il sonra Rusiya “Kuban”ı ilə yoxlama oyununda hakimlərin səhv penalti qərarından sonra futbolçulara zərbəni qeyri-dəqiq vurmağı tapşırıb.
Geri qayıt