Əsas Səhifə > Ölkə idmanı > Tovuz şəhər stadionunda işıqlandırma sisteminin quraşdırılması başa çatıb

Tovuz şəhər stadionunda işıqlandırma sisteminin quraşdırılması başa çatıb


16-10-2023, 12:18



Tovuz şəhər stadionunda işıqlandırma sisteminin quraşdırılması başa çatıb.

BrendSport.az
xəbər verir ki, bu barədə bu arenada ev oyunlarını keçirən "Turan Tovuz" klubu paylaşım edib.

Avadanlığın son sınaqlardan uğurla keçdiyi bildirilib.

Azərbaycan Premyer Liqasında X turun "Turan Tovuz" - "Qarabağ" qarşılaşmasının süni işıqlandırma ilə baş tutacağı vurğulanıb.

Qeyd edək ki, oktyabrın 20-də reallaşacaq matç saat 18:30-da start götürəcək.
Geri qayıt