Əsas Səhifə > Ölkə idmanı > Premyer Liqa: “Səbail” “Qəbələ”ni səfərdə heç vaxt məğlub edə bilməyib

Premyer Liqa: “Səbail” “Qəbələ”ni səfərdə heç vaxt məğlub edə bilməyib


5-10-2023, 17:06


“Səbail” Premyer Liqanın IX turunda qarşılaşacağı “Qəbələ”ni səfərdə heç vaxt məğlub edə bilməyib.

BrendSport.az
xəbər verir ki, bu komandalar arasında ölkə çempionatı çərçivəsində “Qəbələ”nin meydanında baş tutan 11 qarşılaşmanın yalnız 3-də bakılılar 1 xalla kifayətlənməli olublar.

Qalan 8 görüşün hamısında ev sahibləri meydanı 3 xalla tərk ediblər. Top fərqində də böyük üstünlük var - 27:8. Komandaların Qəbələdəki son 4 duelinin hər birində “qırmızı-qaralar” qələbə qazanıblar.

Ümumiyyətlə, “Qəbələ” ilə “Səbail” 2017-ci ildən başlayan rəqabətdə indiyə qədər 23 dəfə üz-üzə gəliblər. Bunun 12-də bölgə təmsilçisi, 5-də isə bakılılar üstün olublar. 6 qarşılaşma heç-heçə nəticələnib. “Qəbələ”nin vurduğu 43 qola “gəmiçilər” 25 qolla qarşılıq verə biliblər.

Bu mövsüm daha parlaq oyun nümayiş etdirən “Səbail” son 4 çempionat görüşündə rəqibinə qalib gələ bilməyib. Paytaxt təmsilçisi axırıncı dəfə 2022-ci ilin aprelində, yəni ilyarım əvvəl “Qəbələ”dən 3 xal almağı bacarıb.

Qeyd edək ki, oktyabrın 7-də keçiriləcək “Qəbələ” – “Səbail” oyunu saat 16:00-da başlayacaq.
Geri qayıt