Əsas Səhifə > Ölkə idmanı > Artıq daha bir bölgəmizdə böyük basketbol olacaq

Artıq daha bir bölgəmizdə böyük basketbol olacaq


29-09-2023, 10:30

Azərbaycan Basketbol Liqasında 2023/24 -cü illər mövsümündə iştirak edəcək NTD Bakı basketbol klubunda, ad və məkan dəyişikliyi baş tutub.

BrendSport.az
xəbər verir ki, bu gündən etibarən yeni adı ilə Xaçmaz rayonunu təmsil edəcək olan NTD-INDIGO Xaçmaz basketbol klubu, ev oyunlarını Xaçmaz Olimpiya İdman Kompleksində keçirəcək. Son tamamlanma işlərinin ardından, Xaçmaz Olimpiya İdman Kompleksinin basketbol zalı oyunları qəbul etməyə tam hazır vəziyyətdədir. Məlumat üçün bildirək ki, NTD-INDIGO Xaçmaz klubu, ev oyunlarını Bakıdan kənarda keçirəcək beşinci basketbol komandası olacaq.
Geri qayıt