Əsas Səhifə > Ölkə idmanı > AFFA Qurban Qurbanovun cəzasının müddətini açıqlayıb
AFFA Qurban Qurbanovun cəzasının müddətini açıqlayıb27-09-2023, 13:30 |
AFFA İntizam Komitəsi "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovu 1 oyunluq cəzalandırıb. BrendSport.az xəbər verir ki, buna 51 yaşlı mütəxəssisin "Qəbələ"yə səfərdə 2:1 hesabı ilə qalib gəldikləri Premyer Liqanın VII turunun oyununda ikinci sarı vərəqəni alaraq texniki zonadan qovulması səbəb olub. Ağdam təmsilçisi buna görə 1000 manat cərimələnib. Komandanın müdafiəçisi Kevin Medina 2-si şərti olmaqla 4 oyunluq cəzalanıb. Kolumbiyalı futbolçu təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alıb. Sınaq müddəti 3 ay təyin edilib. Meydan sahiblərinin məşqçisi Rasim Ramaldanov 2 matçlıq cəzaya məruq qalıb. Mütəxəssis həmin qarşılaşmada meydana daxil olaraq rəqib futbolçuya aqressiv şəkildə təzyiq göstərdiyi üçün cəzalanıb. "Qırmızı-qaralar" bu səbəbdən 1000 manat ödəməli olacaq. Bundan əlavə, meydan sahibləri 5 üzvü sarı vərəqə aldığı üçün əlavə 700 manat ödəyəcək. İntizam Komitəsi "Qarabağ"a xəbərdarlıq edib. "Köhlən atlar"ın azarkeşləri 88-ci dəqiqədə rəsmi şəxslərin ünvanına qeyri-etik ifadələr səsləndiriblər. Geri qayıt |