Əsas Səhifə > Ölkə idmanı > Premyer Liqa: “Qəbələ” bu gün “Qarabağ” önündə 6 illik həsrətə son qoymağa çalışacaq

Premyer Liqa: “Qəbələ” bu gün “Qarabağ” önündə 6 illik həsrətə son qoymağa çalışacaq


25-09-2023, 10:10


Bu gün Azərbaycan Premyer Liqasında VII tura yekun vurulacaq.

BrendSport.az
xəbər verir ki, son gündə çempion “Qarabağ” autsayder “Qəbələ” ilə qarşılaşacaq.

Qəbələ şəhər stadionunda baş tutacaq görüşdə “qırmızı-qaralar” həm sonuncu pillədən qurtulmağa, həm də “Qarabağ” önündə 6 illik qələbə həsrətinə son qoymağa çalışacaq. Ağdamlılar isə qalibiyyət təqdirində lider “Zirə” ilə aradakı xal fərqini 3-ə endirəcəklər.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Səbail” “Araz-Naxçıvan”ı məğlub edib (1:0), “Sumqayıt” – “Turan Tovuz” (0:0), “Zirə” – “Neftçi” (1:1) və “Sabah” – “Kəpəz” (2:2) matçları heç-heçə yekunlaşıb.

Azərbaycan Premyer Liqası
VII tur
25 sentyabr (bazar ertəsi)

19:00. “Qəbələ” – “Qarabağ”

Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Cəmil Quliyev, Kamran Əliyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Qəbələ şəhər stadionu
Geri qayıt