Əsas Səhifə > Ölkə idmanı > Premyer Liqa: VII turun açılış oyununda qolsuz bərabərlik qeydə alınıb

Premyer Liqa: VII turun açılış oyununda qolsuz bərabərlik qeydə alınıb


23-09-2023, 20:00


Azərbaycan Premyer Liqasında VII tura start verilib.

BrendSport.az
xəbər verir ki, açılış oyunu Sumqayıtda keçirilib.

Eyniadlı komanda doğma meydanda “Turan Tovuz”u qəbul edib. Qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb. Bu nəticə sayəsində “Turan Tovuz” xallarının sayını 11-ə, “Sumqayıt” isə 8-ə çatdırıb.

Günün ikinci oyununda “Zirə” ilə “Neftçi” birincilərin meydanında üz-üzə gələcəklər.

Qeyd edək ki, turun digər görüşləri sentyabrın 24-25-də keçiriləcək.
Geri qayıt