Əsas Səhifə > Ölkə idmanı > Böyük Dəbilqə: Azərbaycanın iki cüdoçusu qızıl medal qazanıb

Böyük Dəbilqə: Azərbaycanın iki cüdoçusu qızıl medal qazanıb


23-09-2023, 18:00


Azərbaycanın daha bir cüdoçusu Bakıda keçirilən Böyük Dəbilqə turnirinin qalibi olub.

BrendSport.az
xəbər verir ki, 81 kq çəki dərəcəsində Zelim Tçkayev final görüşünü qələbə ilə başa vurub.

O, həlledici qarşılaşmada Avstriya təmsilçisi Şamil Borçaşviliyə qalib gəlib.

Z.Tçkayevə qədər Hidayət Heydərov (73 kq) Böyük Dəbilqənin qızıl medalını qazanıb.

Qeyd edək ki, ötən gün kişilər arasında Yaşar Nəcəfov (66 kq) qızıl, qadınların mübarizəsində isə Leyla Əliyeva (48 kq) gümüş medala yiyələniblər.
Geri qayıt