Əsas Səhifə > Ölkə idmanı > Böyük Dəbilqə: Azərbaycanın 10 cüdoçusu bu gün mübarizəyə başlayacaq

Böyük Dəbilqə: Azərbaycanın 10 cüdoçusu bu gün mübarizəyə başlayacaq


23-09-2023, 09:10


Bakıda keçirilən cüdo üzrə Böyük Dəbilqə turniri davam edir.

BrendSport.az
xəbər verir ki, bu gün daha 4 çəki dərəcəsində mübarizəyə start veriləcək.

Milli Gimnastika Arenasında təşkil olunan yarışda Azərbaycan millisinin 10 üzvü ümumilikdə üç çəkidə çıxış edəcək.

Kişilər

73 kq
Hidayət Heydərov - Askar Narkulov (Qazaxıstan)
Telman Vəliyev - Faye Njie (Qambiya)
Nurlan Osmanov - Dioqo Sesar (Qvineya Bissau)
Rəşid Məmmədəliyev - Benjamin Axus (Fransa)

81 kq
Məmmədrza Hacızadə - Arnaud Areqba (Fransa)/Məhəmməd Rebahi (Qətər) cütünün qalibi
Elcan Şəfiyev - Antonio Espozito (İtaliya)/Hrafn Arnarsson (İslandiya) cütünün qalibi
Zelim Tçkayev - Aleks Barto (Slovakiya)
Məhərrəm İmamverdiyev - Aibol Nussanali (Qazaxıstan)

Qadınlar

70 kq
Günel Həsənli - Eliza Vroblevska (Polşa)
Südabə Ağayeva - Darya Kramoykina (İJF)

Qeyd edək ki, ötən gün kişilər arasında Yaşar Nəcəfov (66 kq) qızıl, qadınların mübarizəsində isə Leyla Əliyeva (48 kq) gümüş medal qazanıb.
Geri qayıt