Əsas Səhifə > Ölkə idmanı > Premyer Liqa: Bu gün keçiriləcək iki oyunla VI tura yekun vurulacaq
Premyer Liqa: Bu gün keçiriləcək iki oyunla VI tura yekun vurulacaq17-09-2023, 10:00 |
Bu gün Azərbaycan Premyer Liqasında VI tura yekun vurulacaq. BrendSport.az xəbər verir ki, son gündə iki oyun keçiriləcək. Mövsümə uğurlu start verən “Turan Tovuz” əks qrafik cızan “Qəbələ”ni qəbul edəcək. İlk xallarını ötən turda qazanan “qırmızı-qaralar” Tovuz səfərində də bunu təkrarlamağa çalışacaq. Ayxan Abbasovun kollektivi isə qələbə təqdirində ikinci pilləyə qayıda bilər. Hazırda “Turan Tovuz”un 9, “Qəbələ”nin isə 3 xalı var. Tura mərkəzi oyunla yekun vurulacaq. Çempionluğa iddialılar “Qarabağ”la “Sabah” Tofiq Bəhramov adına Respublika stadionunda üz-üzə gələcəklər. Mövsümə qeyri-stabil nəticələrlə başlayan komandalar liderlər qrupundan çox uzaq düşməmək üçün qələbə qazanmaq niyyətindədirlər. “Qarabağ”ın hesabında 7, “Sabah”da isə 4 xal var. Qeyd edək ki, turun əvvəlki matçlarında “Zirə” “Sumqayıt”ı, “Araz-Naxçıvan” “Neftçi”ni 1:0, “Səbail” isə “Kəpəz”i 3:0 hesabı ilə məğlub edib. Premyer Liqa VI tur 17 sentyabr (bazar) 16:30. “Turan Tovuz” – “Qəbələ” Hakimlər: Əliyar Ağayev, Elşad Abdullayev, Asiman Əzizli, Emin Əliyev Hakim-inspektor: Ömər Paşayev AFFA nümayəndəsi: Yavər Rəhimov Tovuz şəhər stadionu 19:30. “Qarabağ” – “Sabah” Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Vüsal Məmmədov, Rəşad Əhmədov Hakim-inspektor: Anar Salmanov AFFA nümayəndəsi: Aslan Şahgəldiyev Tofiq Bəhramov adına Respublika Stadionu Geri qayıt |