Əsas Səhifə > Ölkə idmanı > Premyer Liqa: "Kəpəz" "Səbail"lə, "Neftçi" "Araz-Naxçıvan"la üz-üzə gələcək
Premyer Liqa: "Kəpəz" "Səbail"lə, "Neftçi" "Araz-Naxçıvan"la üz-üzə gələcək16-09-2023, 09:30 |
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun daha iki oyunu keçiriləcək. BrendSport.az xəbər verir ki, ilk olaraq "Kəpəz" "Səbail"i qəbul edəcək. Gəncə təmsilçisi 4 xalla 9-cu, "dənizçilər" 7 xalla 6-cı pillədə qərarlaşıb. Komandalar indiyədək ölkə çempionatlarında 8 dəfə üz-üzə gəliblər. Bunların 3-də bölgə klubu, 4-də "Səbail" qələbə qazanıb, bir matçda isə qalib müəyyənləşməyib. Topların nisbətində də qonaqların minimal üstünlüyü var - 11:10. Günün digər qarşılaşmasında "Neftçi" "Araz-Naxçıvan"la münasibətləri aydınlaşdıracaq. "Ağ-qaralar" 8 xalla 3-cü, Naxçıvan təmsilçisi 7 xalla 7-ci sıradadır. Tərəflər bu vaxta qədər çempionatda 4 dəfə görüşüblər. Bunların 3-də "Neftçi" qələbə qazanıbsa, 1 oyun heç-heçə yekunlaşıb. Meydan sahibləri bakılılara qol vura bilməyib, öz qapısında isə 16 top görüb. Azərbaycan Premyer Liqası VI tur 16:00. “Kəpəz” – “Səbail” Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Şirmamed Mamedov, Rövşən Rəcəbov. Hakim-inspektor: Rəhim Həsənov. AFFA nümayəndəsi: Erkin Hüseynov. Gəncə şəhər stadionu 18:00. “Araz-Naxçıvan” – “Neftçi” Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Kamran Bayramov, Əli Əliyev. Hakim-inspektor: Ramil Diniyev. AFFA nümayəndəsi: Eldəniz Musayev. “Dalğa Arena” Qeyd edək ki, turun ilk matçında "Zirə" "Sumqayıt"ı 1:0 hesabı ilə üstələyib. "Turan Tovuz" - "Qəbələ" və "Qarabağ" - "Sabah" oyunları sentyabrın 17-də olacaq. Geri qayıt |