Əsas Səhifə > Ölkə idmanı > Azərbaycan Premyer Liqası: Turun açılış oyununda lider "Sumqayıt"ı qəbul edəcək

Azərbaycan Premyer Liqası: Turun açılış oyununda lider "Sumqayıt"ı qəbul edəcək


15-09-2023, 09:30


Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VI tura start veriləcək.

BrendSport.az
xəbər verir ki, günün yeganə matçında "Zirə" "Sumqayıt"ı qəbul edəcək.

Qəsəbə klubu 12 xalla liderdirsə, "gənclik şəhəri" təmsilçisi 7 xalla 4-cü pillədə qərarlaşıb.

Komandalar indiyə qədər ölkə çempionatlarında 31 dəfə üz-üzə gəliblər. Bunların 17-də "qartallar", 6-da "Sumqayıt" qələbə qazanıb, 8 görüşdə isə qalib müəyyənləşməyib. Topların nisbətində də "Zirə"nin aşkar üstünlüyü var - 43:22.

Azərbaycan Premyer Liqası, VI tur

17:00. “Zirə” – “Sumqayıt”
Hakimlər: Kamranbəy Rəhimov, Rahil Ramazanov, Eyyub İbrahimov, Vüqar Həsənli.
Hakim-inspektor: Barış Şimşək.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Zirə İdman Kompleksinin stadionu

Qeyd edək ki, turun digər qarşılaşmaları 16-17 sentyabrda olacaq.
Geri qayıt