Əsas Səhifə > Ölkə idmanı > "Gəncə" üç rusiyalı voleybolçunu heyətinə qatıb

"Gəncə" üç rusiyalı voleybolçunu heyətinə qatıb


10-09-2023, 18:45


Yeni mövsümdə Azərbaycan Yüksək Liqasında debüt edecək qadın voleybolçulardan ibarət "Gəncə" klubu heyətini gücləndirməkdə davam edir.

BrendSport.az
ki, Gəncə təmsilçisi üç rusiyalı voleybolçunu heyətinə qatıb. Olqa Zaxarova, İrina Klimanova və Anastasiya Salina ilə birillik müqavilə imzalanıb.

Olqa Zaxarovanın sonuncu klubu Rusiyanın “Uraloçka”, İ.Klimanovanın “Yenisey”, A.Salinanın isə Monteneqronun “Zor” klubları olub.

Komanda daha əvvəl Azərbaycan milli komandasının üzvləri Nərmin Fərəcova, Leyla Parşkova və brazilyalı oyunçu Fernanda Melo ilə anlaşıb. “Gəncə” yeni mövsümdə belaruslu baş məşqçi Sergey Çasnavitskinin rəhbərliyi altında çıxış edəcək.
Geri qayıt