Əsas Səhifə > Ölkə idmanı > "Sabah" və "Kəpəz" futbolçulara, "Səbail" kənar şəxslərə görə cərimələnib
"Sabah" və "Kəpəz" futbolçulara, "Səbail" kənar şəxslərə görə cərimələnib7-09-2023, 12:40 |
AFFA İntizam Komitəsi "Sabah" və "Kəpəz" klublarını cərimələyib. BrendSport.az xəbər verir ki, "bayquşlar" 5 oyunçusu "Turan Tovuz"a 0:3 hesabı ilə uduzduqları V turun görüşündə sarı vərəqə ilə cəzalandığı üçün 700 manat ödəyəcək. Gəncə təmsilçisinin isə 4 üzvü "Araz-Naxçıvan"a 1:2 hesabı ilə yenildikləri qarşılaşmada eyni aqibəti yaşayıb və klubu 700 manat ziyana salıb. "Səbail" klubu "Qarabağ"a 2:1 hesabı ilə qalib gəldiyi matçda meydana kənar şəxslərin daxil olması ucbatından 800 manat cərimələnib. Geri qayıt |