Əsas Səhifə > Ölkə idmanı > Nazir Azad Rəhimov Cəlilabadda vətəndaşlarla görüşdü
Nazir Azad Rəhimov Cəlilabadda vətəndaşlarla görüşdü16-02-2018, 16:46 |
Cəlilabad rayonu, Heydər Əliyev Mərkəzində gənclər və idman naziri Azad Rəhimovun vətəndaşlarla görüşü baş tutub. BrendSport.az saytı xəbər verir ki, Lənkəran Astara, Cəlilabad, Lerik, Masallı, Yardımlı şəhər və rayonlarından ümumilikdə 20-dən artıq vətəndaş qəbulda iştirak edib. Qeyri Hökumət Gənclər Təşkilatlarının yaradılması, müxtəlif layihələrin maliyyələşdirilməsi və onlara dəstək göstərilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı, istirahət düşərgələrinin təşkili, Gənclər Mərkəzlərinin müvafiq avadanlıqlarla təmin edilməsi və fəaliyyəti gənclər sahəsini əhatə edən müraciətlər sırasında olub. İdman sahəsində fəxri adların verilməsi, idman mərkəzlərinin idman avadanlıqları ilə təmin olunması, Olimpiya İdman Komplesklərinin, idman mərkəzlərinin tikintisi və təmiri, Uşaq Gənclər və İdman Mərkəzlərinin (UGİM) və bölmələrin yaradılması, idmançıların beynəlxalq yarışlarda iştirakı və s mövzular vətəndaşlar tərəfindən bu sahədə edilən müraciətlər sırasında öz əksini tapıb. Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyatı qurumlara göndərilməsi üçün nəzarətə götürülüb. Geri qayıt |