Əsas Səhifə > Ölkə idmanı > “Sabah” basketbol klubu daha bir əcnəbi transfer edib
“Sabah” basketbol klubu daha bir əcnəbi transfer edib1-09-2023, 13:45 |
FİBA Avropa Kubokunun təsnifat mərhələsində mübarizə aparacaq “Sabah” basketbol klubu daha bir transfer reallaşdırıb. BrendSport.az xəbər verir ki, amerikalı Smit Donovanla 1 illik müqavilə bağlanıb. 207 sm boya malik hücumçu son mövsümü Avstriya Bundesliqasında çıxış edən “Vels” klubunda keçirib. Donovan peşəkar karyerası ərzində Kipr, İspaniya, Gürcüstan və Rumıniya liqalarında oynayıb. 2022/2023 mövsümündə komandasının heyətində 42 görüş keçirən 29 yaşlı basketbolçu hər oyunda orta hesabla 24 dəqiqə meydanda olub, 15 xal toplayıb, 6 ribaundla yadda qalıb. Qeyd edək ki, “Sabah” daha öncə Korin Henri, Pavle Marçinkoviç, Mayk Holton, Kivon Devonport, Entoni Vilson, Desmond Kembric, Şirzad Şirzadov və Endər Poladxanlını transfer edib. Fuad Niftəliyev, Rüstəm Əliyev, Əlikamran Məmmədov və Kaelin Kreynlə müqavilənin müddəti isə daha 1 il uzadılıb. Geri qayıt |