Əsas Səhifə > Ölkə idmanı > Ayaz Quliyevin "Sabah"a keçidi rəsmiləşib

Ayaz Quliyevin "Sabah"a keçidi rəsmiləşib


28-08-2023, 20:40


Ayaz Quliyevin "Sabah" klubuna keçidi rəsmiləşib.

BrendSport.az
xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi Rusiyanın “Ximki” klubundan transfer edilib.

Ayaz Quliyevlə 3 illik müqavilə imzalanıb. O, "Sabah”da 8 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Moskva “Spartak”ının yetirməsi olan Quliyev karyerası ərzində bu klubun əvəzedici və əsas komandasında (2013-2017, 2018-2020), həmçinin Rusiyanın “Anji” (2017-2018), “Rostov” (2018), “Arsenal” (Tula, 2021/22) və “Ximki” (2022-2023) komandalarında çıxış edib. Rusiyanın aşağı yaş qruplarından ibarət millilərinin üzvü olub.
Geri qayıt