Əsas Səhifə > Ölkə idmanı > “Zirə” Toni Qomeslə yollarını ayırıb

“Zirə” Toni Qomeslə yollarını ayırıb


23-08-2023, 11:30


“Zirə” futbolçusu Toni Qomeslə yollarını ayırıb.

BrendSport.az
xəbər verir ki, bu barədə Bakı klubu məlumat yayıb.

Qvineya-Bissau yığmasının yarımmüdafiəçisi karyerasını İsraildə davam etdirəcək. Belə ki, 25 yaşlı cinah oyunçusu Hadera “Hapoel”inə transfer olunub.

Qeyd edək ki, ötən ilin yayında “Zirə”yə keçən Toni Qomes 2022/2023 mövsümündə Premyer Liqada keçirdiyi 24 oyunda 3 qol vurub.
Geri qayıt