Əsas Səhifə > Ölkə idmanı > Kapitan “Sumqayıt”da 100-cü oyununu keçirib

Kapitan “Sumqayıt”da 100-cü oyununu keçirib


22-08-2023, 12:20


“Sumqayıt”ın futbolçusu Elvin Bədəlov komandanın heyətində 100-cü oyununu keçirib.

BrendSport.az
xəbər verir ki, bu, Premyer Liqanın III turunda “Qəbələ” ilə matça təsadüf edib.

2:1 hesabı ilə qalib gəldikləri qarşılaşmada komandanı meydana kapitan kimi çıxaran mərkəz müdafiəçisi bütün turnirlərdə keçirdiyi oyun sayını 100-ə çatdırıb.

Həmin görüşlərin 86-sı Premyer Liqa, 11-i Azərbaycan Kuboku, 3-ü isə avrokuboklarda reallaşıb. Elvin Bədəlov “Sumqayıt”ın heyətində 1 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Geri qayıt