Əsas Səhifə > Ölkə idmanı > Serbiyalı futbolçu "Sabah" klubunun tarixinə düşüb
Serbiyalı futbolçu "Sabah" klubunun tarixinə düşüb21-08-2023, 12:00 |
“Sabah” Premyer Liqada 100-cü ev qoluna imza atıb. BrendSport.az xəbər verir ki, yubiley qolunun müəllifi Boyan Letiç olub. Serbiyalı oyunçu Azərbaycan Premyer Liqasının III turunda fərqlənib. 30 yaşlı müdafiəçi “Neftçi” ilə görüşdə (1:1) komandasının yeganə qoluna imza atıb. 2018/19 mövsümündən Premyer Liqada mübarizə aparan “Sabah” 100-cü qolu 71-ci matçda vurub. Paytaxt klubunun orta məhsuldarlığı 1,41-dir. Qeyd edək ki, “Sabah” çempionatın tarixinə öz meydanında 100 və daha çox qol vuran 22-ci komanda kimi düşüb. Geri qayıt |