Əsas Səhifə > Ölkə idmanı > "Neftçi"nin yarımmüdafiəçisi əməliyyat olunub
"Neftçi"nin yarımmüdafiəçisi əməliyyat olunub18-08-2023, 16:00 |
"Neftçi"nin futbolçusu Eddi İsrafilov əməliyyat olunub. BrendSport.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçinin diz oynağında artroskopik olaraq meniskdə təmizlənmə əməliyyatı aparılıb Oyunçu 3-4 həftədən sonra fərdi məşqlərə başlayacaq. Eddi İsrafilov bununla bağlı açıqlama verib: “Uzun müddət menisk yırtığı ilə oynayırdım, amma daha ağrıya dözə bilmədim və meniskdə təmizlənmə əməliyyatı aparıldı. Zədələrim fərqli zədələr deyildi, həmişə eyni zədə olub. Buna baxmayaraq, ağrıkəsicilərdən istifadə edərək oynamağa davam edirdim. Arzu edirəm ki, tezliklə bərpa olum və bu mövsümdə qarşımıza qoyulan məqsədlərə çatmaq üçün komandaya kömək edə bilim”. Geri qayıt |