Əsas Səhifə > Ölkə idmanı > "Sumqayıt" klubu əlcəzairli hücumçu ilə anlaşıb

"Sumqayıt" klubu əlcəzairli hücumçu ilə anlaşıb


10-08-2023, 18:15


"Sumqayıt" Şimali Makedoniyanın "Şkupi" komandasının futbolçusu Valid Həmidi ilə anlaşıb.

BrendSport.az
xəbər verir ki, əlcəzairli hücumçu tezliklə "gənclik şəhəri" təmsilçisi ilə müqavilə imzalayacaq.

Qeyd edək ki, son iki mövsümü "Şkupi"də keçirən 27 yaşlı forvard 70 oyuna 7 qol vurub. O, daha əvvəl ölkəsinin "MC Oran", "ASM Oran" və "JSM Skikda" komandalarında çıxış edib.
Geri qayıt