Əsas Səhifə > Ölkə idmanı > “Sabah”ın baş məşqçisi: “Zəif və güclü tərəflərimizi müəyyənləşdirməliyik”
“Sabah”ın baş məşqçisi: “Zəif və güclü tərəflərimizi müəyyənləşdirməliyik”10-08-2023, 14:30 |
“Zəif və güclü tərəflərimizi müəyyənləşdirməliyik”. BrendSport.az xəbər verir ki, bunu “Sabah” basketbol komandasının baş məşqçisi Boban Mitev klubun mətbuat xidmətinə açıqlamasında deyib. Şimali makedoniyalı mütəxəssis komandasının FİBA Avropa Kubokunun 2023/2024 mövsümündəki şanslarını dəyərləndirib. O, avrokuboklarda debütant olduqlarını xatırladıb: “Hər şey mümkündür. Biz yeni komandayıq. Klub olaraq beynəlxalq turnirlərdə iştirak təcrübəmiz yoxdur. İlk növbədə mərhələli şəkildə avrokubok matçlarına hazırlaşmalıyıq. Kollektiv yenidən qurulur”. “Sabah”ın inkişafı üçün əlindən gələni etdiyini söyləyən Boban Mitev qrup mərhələsindəki rəqibləri barədə də fikirlərini bölüşüb: “Rəqiblərimiz yaxşı maddi dayaqlara malikdirlər. Mənim ölkəmi təmsil edən “Rabotniçki”nin geniş büdcəsi var. Buna baxmayaraq, meydandan qalib ayrılmaq üçün hər görüşdə maksimum gücümüzlə mübarizə aparacağıq”. Qeyd edək ki, “Sabah” oktyabrın 2-5-də Skopyedə keçiriləcək A qrupunun matçlarında “Donar” (Qroningen, Niderland), “Rabotniçki” (Skopye, Şimali Makedoniya) və “Rapid”lə (Buxarest, Rumıniya) üz-üzə gələcək. Qrupun qalibi turnirin müntəzəm çempionatına vəsiqə qazanacaq. Geri qayıt |