Əsas Səhifə > Ölkə idmanı > “Zirə” müdafiəçisi ilə yollarını ayırıb

“Zirə” müdafiəçisi ilə yollarını ayırıb


10-08-2023, 13:15


“Zirə” daha bir futbolçusu ilə yollarını ayırıb.

BrendSport.az xəbər verir ki, müdafiəçi Slavik Alxasov paytaxt təmsilçisini tərk edib.

30 yaşlı cinah oyunçusu ilə 2024-cü ilin yayına qədər qüvvədə olan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Slavik Alxasov 2022/2023 mövsümündə Premyer Liqada 20 oyun keçirib.
Geri qayıt