Əsas Səhifə > Ölkə idmanı > Daha üç ölkənin futbolçusu Azərbaycan çempionatında debüt edib

Daha üç ölkənin futbolçusu Azərbaycan çempionatında debüt edib


7-08-2023, 11:00


Daha üç ölkənin futbolçusu Azərbaycan çempionatında debüt edib.

BrendSport.az
xəbər verir ki, bu, Premyer Liqanın 2023/2024 mövsümünün I turunun oyunlarına təsadüf edib.

Burundili Tresor Mossi “Sumqayıt”ın “Səbail”lə səfər görüşündə (4:1) sonradan meydana çıxıb. Macarıstanlı Mark Tamaş “Neftçi”nin formasında “Kəpəz”ə (0:1), lüksemburqlu Vinsent Til isə “Sabah”ın heyətində “Qəbələ”yə qarşı (5:0) matçda start heyətində yer alıblar.

Cari mövsümə qədər Burundi, Macarıstan və Lüksemburqdan olan legionerlər Premyer Liqada meydana çıxmamışdılar. Buna qədər 94 ölkədən olan əcnəbi futbolçular Azərbaycan çempionatında forma geyiniblər. Daha üç ölkə ilə bu rəqəm 97-yə yüksəlib.
Geri qayıt