Əsas Səhifə > Ölkə idmanı > Premyer Liqa: "Neftçi" səfərdə "Kəpəz"ə uduzub

Premyer Liqa: "Neftçi" səfərdə "Kəpəz"ə uduzub


6-08-2023, 19:00


Azərbaycan Premyer Liqasında ilk turun daha bir oyunu keçirilib.

BrendSport.az
xəbər verir ki, "Neftçi" səfərdə "Kəpəz"in qonağı olub. Gəncə şəhər stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 44-cü dəqiqədə penaltidən Mate Kvirkviya vurub.

Bu qələbədən sonra ilk xallarını qazanan "sarı-göylər" 3-cü pillədə qərarlaşıb. Xalı olmayan "ağ-qaralar" isə 8-cidir.

Tura saat 20:00-da başlayacaq "Sabah" - "Qəbələ" matçı ilə yekun vurulacaq.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Turan Tovuz" "Araz-Naxçıvan"ı 3:0, "Sumqayıt" "Səbail"i 4:1, "Zirə" isə "Qarabağ"ı 1:0 hesabı ilə məğlub edib.
Geri qayıt