Əsas Səhifə > Ölkə idmanı > “Kəpəz”in afrikalı transferi: “Özümü evimdəki kimi hiss edirəm”
“Kəpəz”in afrikalı transferi: “Özümü evimdəki kimi hiss edirəm”3-08-2023, 11:15 |
“Özümü evimdəki kimi hiss edirəm. Komandaya uyğunlaşma dövrüm tez keçir”. BrendSport.az xəbər verir ki, bunu “Kəpəz”in yeni transferi Olavale Onanuqa klubun mətbuat xidmətinə açıqlamasında deyib. Nigeriyalı yarımmüdafiəçi vaxt keçdikcə daha yaxşı formada olacağını bildirib. 26 yaşlı afrikalı yeni mövsümə hazır olduqlarını düşünür: “Bura gəldiyimə görə şadam. Mehriban kollektivimiz var. Komanda şəklində əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Hazırlığımız yaxşı gedir. Məşqçilərimizin bizdən nə istədiklərini bilirik. Həmin tapşırıqları yerinə yetirməyə çalışırıq. Məqsədimiz uğurlu çıxış etməkdir. Bunun üçün səylə məşq edirik”. Qeyd edək ki, Olavale Onanuqa “Kəpəz”ə Albaniyanın “Kastroiti” klubundan keçib. Geri qayıt |