Əsas Səhifə > Ölkə idmanı > “Araz-Naxçıvan”ın əcnəbi transfer sayı 9-a çatıb
“Araz-Naxçıvan”ın əcnəbi transfer sayı 9-a çatıb3-08-2023, 11:00 |
“Araz-Naxçıvan” yay fasiləsində transfer etdiyi əcnəbi futbolçu sayını 9-a çatdırıb. BrendSport.az xəbər verir ki, bu dəfə braziliyalı müdafiəçi İqor Ribeyro Premyer Liqa klubu ilə anlaşıb. 26 yaşlı oyunçu Naxçıvan təmsilçisi ilə 1 illik müqavilə bağlayıb. Onun son komandası Paraqvay “Takuari”si olub. “Araz-Naxçıvan” buna qədər Nuno Migel, Vanderson, Semir Bukviç, Miço Kuzmanoviç, Numan Kurdiç, Məhəmməd Kadiri, İsmail Azzaui və Elvis Maşike kimi əcnəbiləri heyətinə qatıb. Həmçinin, Orxan Əliyev, Vüsal Şabanov, Tuqay Əlizadə, Bayraməli Qurbanov, Həzrət İsayev, Turan Manafov, Vadim Abdullayev, Nihat Qurbanlı, Nicat Süleymanov, Elçin Mustafayev və Abdulla Rzayevlə də müqavilə bağlanıb. Qeyd edək ki, İqor Ribeyro daha əvvəl vətənində “Qama”, “Bandeirante” və “Seilandia” komandalarında çıxış edib. Geri qayıt |