Əsas Səhifə > Ölkə idmanı > Azərbaycan çempionunun Çempionlar Liqasındakı iki oyununun hakimləri açıqlanıb

Azərbaycan çempionunun Çempionlar Liqasındakı iki oyununun hakimləri açıqlanıb


2-08-2023, 15:00


“Araz-Naxçıvan” futzal klubunun UEFA Çempionlar Liqasının ilkin mərhələsində keçirəcəyi ilk iki oyunun təyinatları açıqlanıb.

BrendSport.az
xəbər verir ki, Azərbaycan çempionunun qrupda bütün görüşləri Latviyada baş tutacaq.

23 avqust
15:00. “Araz-Naxçıvan” – “İstanbul Şişli” (Türkiyə)

Hakimlər: Arttu Kinaerenen (Finlandiya), Drazen Vukçeviç (Monteneqro), Georgios Kozakos (Kipr).
Timekeeper: Kiazo Leladze (Latviya).
Hakim-inspektor: Vyaçeslav Daraqan (Ukrayna).
UEFA nümayəndəsi: Massimo Nanni (San-Marino).
Salaspils. Salaspils İdman Arenası.

24 avqust
15:00. “Yan Reqensburq” (Almaniya) – “Araz-Naxçıvan”

Hakimlər: Drazen Vukçeviç (Monteneqro), Martina Pitsola (İtaliya), Arttu Kinaerenen (Finlandiya).
Timekeeper: Kiazo Leladze (Latviya).
Hakim-inspektor: Vyaçeslav Daraqan (Ukrayna).
UEFA nümayəndəsi: Massimo Nanni (San-Marino).
Salaspils. Salaspils İdman Arenası.

Qeyd edək ki, “Araz-Naxçıvan” üçüncü oyununu avqustun 26-da Latviya klubu “Riqa”ya qarşı keçirəcək. Bu qarşılaşma da Salaspils İdman Arenasında gerçəkləşəcək.
Geri qayıt