Əsas Səhifə > Ölkə idmanı > Çempionlar Liqası: "Qarabağ" bu gün Polşa klubu ilə cavab matçına çıxacaq
Çempionlar Liqası: "Qarabağ" bu gün Polşa klubu ilə cavab matçına çıxacaq2-08-2023, 08:00 |
"Qarabağ" bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxacaq. BrendSport.az xəbər verir ki, Ağdam təmsilçisi Polşanın "Rakuv" komandasını qəbul edəcək. Bakı Olimpiya Stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq. Matçın baş hakimi Sven Yablonski olacaq. İlk qarşılaşmada rəqibinə 2:3 hesabı ilə uduzan "köhlən atlar" mərhələni adlamaq üçün ən azı 2 top fərqi ilə qələbə qazanmalıdır. Qeyd edək ki, bu cütün qalibi III raundda Kipr "Aris"i ilə qarşılaşacaq. Uduzan tərəf isə Avropa Liqasının III təsnifat mərhələsində HİK (Finlandiya) / “Molde" (Norveç) cütünün məğlubu ilə üz-üzə gələcək. UEFA Çempionlar Liqası II təsnifat mərhələsi, cavab oyunu 2 avqust 20:00. "Qarabağ" (Azərbaycan) - "Rakuv" (Polşa) Baş hakim: Sven Yablonski (Almaniya) İlk oyun - 2:3 Bakı Olimpiya Stadionu Geri qayıt |