Əsas Səhifə > Ölkə idmanı > Şahmatçıların futbol matçında 14 qol vurulub

Şahmatçıların futbol matçında 14 qol vurulub


1-08-2023, 17:06


Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun iştirakçıları futbol matçında meydana çıxıblar.

BrendSport.az
xəbər verir ki, oyunda Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Arkadi Dvorkoviç, FİDE-nin vitse-prezidenti, Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov, FİDE rəsmiləri Berik Balqabayev, Viorel Boloqan, Dana Reizneçe-Ozola və digərləri iştirak ediblər.

Yoldaşlıq görüşündə FİDE və AŞF-nin birgə kollektivi şahmatçılardan ibarət komandaya qarşı mübarizə aparıblar. Hər biri 30 dəqiqədən və iki hissədən ibarət olan oyunun yekununda şahmatçılar 8:6 hesablı qələbə qazanıblar.

Qalib komandaya kubok təqdim olunub.
Geri qayıt