Əsas Səhifə > Ölkə idmanı > Azərbaycan çempionu növbəti transferini reallaşdırıb

Azərbaycan çempionu növbəti transferini reallaşdırıb


28-07-2023, 11:05


Futzal üzrə “Araz-Naxçıvan” klubu növbəti transferini reallaşdırıb.

BrendSport.az
xəbər verir ki, Azərbaycan çempionu hücum xəttini gücləndirib.

UEFA Çempionlar Liqasında çıxış edəcək komanda braziliyalı Erik Dannilo ilə anlaşıb. Baş məşqçi Vitali Borisovun istəyi ilə heyətə cəlb olunan futzalçı qarşıdakı mövsümdə “Araz-Naxçıvan”ın uğurları üçün çalışacaq.

23 yaşlı “stolb” İspaniyanın “Peniskola” klubunda çıxış edib.
Geri qayıt