Əsas Səhifə > Ölkə idmanı > “Qəbələ”nin transferi: “Avrokuboklarda debüt edəcəyim üçün həyəcanlıyam”
“Qəbələ”nin transferi: “Avrokuboklarda debüt edəcəyim üçün həyəcanlıyam”27-07-2023, 13:05 |
“Avrokuboklarda debüt edəcəyim üçün həyəcanlıyam”. BrendSport.az xəbər verir ki, bunu “Qəbələ”nin yeni transferi Lukas Afriko “futebolatino.lance.com.br” saytına açıqlamasında deyib. Yay fasiləsində Portuqaliya klubu “Eştoril”dən “qırmızı-qaralar”a keçən 28 yaşlı braziliyalı mərkəz müdafiəçisi UEFA Konfrans Liqasının II təsnifat mərhələsində bu gün Kipr “Omoniya”sı ilə keçirəcəkləri matçı səbirsizliklə gözlədiyini söyləyib: “Konfrans Liqasında mübarizə aparmağa hazırıq. Çox güclü komandamız var. “Omoniya” ilə keçirəcəyimiz oyunla bağlı düşüncələrimizi təlim-məşq toplanışındakı yoxlama görüşlərinə uyğunlaşdıra bilmişik. Oyundan-oyuna inkişaf edəcək, irəliləyəcəyik. “Qəbələ”ni seçmək qərarımdan məmnunam. Bu komandanın heyətində avrokuboklarda çıxış edəcəyim üçün həyəcanlıyam”. Qeyd edək ki, bu gün Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Omoniya” qarşılaşması saat 20:00-da başlayacaq. Geri qayıt |