Əsas Səhifə > Ölkə idmanı / Olimpiya > Gənclər Günü ilə əlaqədar ulu öndər Heydər Əliyevin məzarı və Şəhidlər xiyabanı ziyarət edildi.

Gənclər Günü ilə əlaqədar ulu öndər Heydər Əliyevin məzarı və Şəhidlər xiyabanı ziyarət edildi.


2-02-2018, 12:01


Hər il fevralın 2-si Azərbaycanda Gənclər Günü kimi qeyd olunur.

Xatırladak ki, bu münasibətlə Gənclər və İdman Nazirliyinin kollektivi və gənclər təşkilatlarının nümayəndələri Fəxri xiyabana gələrək, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin xatirəsini anıb, məzarı önünə güllər və əklil qoydular.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə tər çiçəklər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn gənclər ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri, “Əbədi məşəl” abidəsinin önünə əklil qoydular.
Geri qayıt