Əsas Səhifə > Ölkə idmanı > Bakıdakı paracüdo üzrə Qran-pri üçün qeydiyyatdan keçən ölkələrin sayı bəlli olub

Bakıdakı paracüdo üzrə Qran-pri üçün qeydiyyatdan keçən ölkələrin sayı bəlli olub


26-07-2023, 14:00


41 ölkə Bakıda keçiriləcək paracüdo üzrə Qran-pridə iştirakını təsdiqləyib.

BrendSport.az
xəbər verir ki, bu barədə Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyasının (IBSA) prezidenti İlqar Rəhimov məlumat verib.

O, təxminən 250 idmançının yarışa qatılacağını söyləyib.

Qeyd edək ki, Milli Gimnastika Arenasında gerçəkləşəcək yarış 26-27 sentyabrda təşkil olunacaq.
Geri qayıt