Əsas Səhifə > Ölkə idmanı > "Sabah" mərakeşli futbolçu ilə müqavilə bağlayıb

"Sabah" mərakeşli futbolçu ilə müqavilə bağlayıb


25-07-2023, 23:00


"Sabah" komandası heyətini yeni futbolçu ilə gücləndirib.

BrendSport.az
xəbər verir ki, mərakeşli müdafiəçi Maruan Hadudi ilə 1+1 illik müqavilə imzalanıb.

Oyunçu yeni komandasında 24 nömrəli formada çıxış edəcək.

Hadudi karyerası ərzində ölkəsinin "Rasinq Kasablanka", "Berkan", "Difaa" və "Raca Kasablanka" klublarının şərəfini qoruyub.
Geri qayıt