Əsas Səhifə > Ölkə idmanı > "Sumqayıt" "Şamaxı"dan ayrılan hücumçunu transfer edib

"Sumqayıt" "Şamaxı"dan ayrılan hücumçunu transfer edib


9-07-2023, 11:00


2023/2024 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” klubu daha bir futbolçunun keçidini reallaşdırıb.

BrendSport.az
xəbər verir ki, komanda son mövsümü “Şamaxı”da keçirmiş hücumçu Kamran Quliyevlə 3 illik müqavilə imzalayıb.

Qeyd edək ki, “Qəbələ” klubunun yetirməsi olan Kamran Əliyev karyerası ərzində Litvanın “Yonava”, “Sabah” və “Şamaxı” klublarının uğurları üçün çalışıb. Ötən mövsüm Premyer Liqada 33 oyunda 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalan 23 yaşlı hücumçu Azərbaycanın U-17, U-19 və U-21 yığmalarına da dəvət alıb.
Geri qayıt