Əsas Səhifə > Ölkə idmanı > "Neftçi"də baş məşqçi vəzifəsi üçün daha bir namizəd bəlli olub

"Neftçi"də baş məşqçi vəzifəsi üçün daha bir namizəd bəlli olub


8-07-2023, 12:30


"Neftçi"də baş məşqçi vəzifəsi üçün daha bir namizəd bəlli olub.

BrendSport.az
xəbər verir ki, klub rəhbərliyi Rusiya "Krasnodar"ının sabiq məşqçisi Aleksandr Naqornının mümkün təyinatını nəzərdən keçirir.

İddiaya görə, "ağ-qaralar"ın siyahısında Adrian Mutu ilə yanaşı, 41 yaşlı mütəxəssisin də adı var. Onun namizədliyi Müşahidə Şurasının iclasında irəli sürülüb.

Qeyd edək ki, Aleksandr Naqornı karyerası ərzində heç vaxt baş məşqçi kimi fəaliyyət göstərməyib. O, "Krasnodar"la yanaşı, "Ufa" və "Rotor"da köməkçi məşqçi işləyib.
Geri qayıt