Əsas Səhifə > Ölkə idmanı > Cüdo üzrə açıq Bakı birinciliyinə yekun vurulub

Cüdo üzrə açıq Bakı birinciliyinə yekun vurulub


22-01-2018, 16:57


“Sərhədçi” İdman Olimpiya Mərkəzində U-21 gənclər arasında cüdo üzrə açıq Bakı birinciliyinə yekun vurulub.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsindən (BŞGİBİ) bildiriblər ki, yarışın sonuncu günündə 5 çəki dərəcəsində mübarizə aparan cüdoçular arasında paytaxt birinciliyinin qalibləri müəyyənləşib.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Fuad Abbasov (60 kq), Sabir İsmayılov (73 kq), Fariz Ağayev (90 kq), Elvin Abbasov (100 kq) və Camal Feyziyev (100 kq-dan yuxarı) bütün rəqiblərinə qalib gələrək çempion olublar.

Paytaxt birinciliyinin qalib və mükafatçılarına Azərbaycan Cüdo Federasiyası, BŞGİBİ-nin medal və diplomları təqdim olunub.

Xatırladaq ki, iki gün davam edən açıq Bakı birinciliyində 32 klubdan 318 gənc cüdoçu (295 oğlan və 23 qız) medallar uğrunda mübarizə aparıb.

Azərtac.az
Geri qayıt