Əsas Səhifə > Ölkə idmanı > MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə Beynəlxalq Hərbi İdman Şurasının ordeni ilə təltif olunub

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə Beynəlxalq Hərbi İdman Şurasının ordeni ilə təltif olunub


22-01-2018, 16:37


Yanvarın 22-də Azərbaycan Milli Olimpiya Komitəsində (MOK) Beynəlxalq Hərbi İdman Şurasının nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə nümayəndə heyətinin üzvləri Beynəlxalq Hərbi İdman Şurasının prezidenti, polkovnik Abdullahakim Mohamed İsa Alşino, qurumun prezidentinin xüsusi məsləhətçisi Konstantinos Kousantas, Şuranın Qara dəniz, Balkan və Cənubi Qafqaz ölkələri üzrə koordinasiya ofisinin rəisi Nevzat Varol və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun rəisi, Azərbaycan Respublikası Silahli Qüvvələrinin Beynəlxalq Hərbi İdman Şurasındakı nümayəndə heyətinin rəhbəri Rəşad Quliyev, həmçinin MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, baş katib Ağacan Abiyev, beynəlxalq əlaqələr idarəsinin rəisi Anar Bağırov, MOK-un icra aparatının rəhbərinin köməkçisi Həsənağa Rzayev iştirak ediblər.

Görüşdə MOK ilə Beynəlxalq Hərbi İdman Şurası arasında əlaqələrin genişləndirilməsi, təlimlərin keçirilməsi, idmançıların hərbi yarışlara qatılması mövzusunda müzakirələr aparılıb. Beynəlxalq Hərbi İdman Şurasının dəstəyi ilə keçirilmiş yarışlar və uğurlu nəticələr məmnunluqla qeyd edilib.

Sonda MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə idmanın inkişafındakı xidmətlərinə görə Beynəlxalq Hərbi İdman Şurasının ordeni ilə təltif olunub.


Geri qayıt