Əsas Səhifə > Ölkə idmanı > “Qarabağ”a və Azərbaycan xalqına minnətdaram

“Qarabağ”a və Azərbaycan xalqına minnətdaram


21-01-2018, 13:56


Çinin “Xançjou Qrintaun” klubuna keçən Dino Ndlovu “Qarabağ”a və Azərbaycan xalqına təşəkkür ünvanlayıb. O, “Tvitter” hesabında belə bir paylaşım edib:

“Nəyə qadir olduğumu göstərmək üçün mənə şərait yaratdığı üçün “Qarabağ”a, qonaqpərvərlik və hörmətə görə Azərbaycan xalqına minnətdaram.

Siz həmişə qəlbimdə qalacaqsız. Klubumu dəyişməyim Allahın işidi. Artıq bütün diqqətimi və enerjimi “Xançjou Qrintaun” üçün yönəldəcəm”.
Geri qayıt