Əsas Səhifə > Ölkə idmanı > Azərbaycan millisi FIFA reytinqində 2 pillə irəliləyəcək
Azərbaycan millisi FIFA reytinqində 2 pillə irəliləyəcək22-06-2023, 12:00 |
Azərbaycan millisi növbəti FIFA reytinqində 2 pillə irəliləyəcək. BrendSport.az xəbər verir ki, yığma dünya sıralamasında 122-ci yerə yüksələcək. Buna Canni De Byazinin kollektivinin AVRO-2024-ün seçmə mərhələsində Estoniya ilə Bakıda heç-heçə etməsi (1:1) səbəb olub. Nəticədə komandanın aktivinə 1 reytinq xalı əlavə edilib. 1143 xalla 122-ci yerə yüksələn Azərbaycan yığması Toqonu özündən irəli buraxsa da, Mərkəzi Afrika Respublikası, Liviya və Nigeri qabaqlayıb. Reytinq cədvəlinin ilk “üçlüy”ündə dəyişiklik olmayacaq. Argentina 1-ci, Fransa 2-ci, Braziliya isə 3-cü pillədəki yerini qoruyacaqlar. Qeyd edək ki, növbəti FIFA reytinqi iyulun 20-də açıqlanacaq. Aprelin 6-da yayılan sıralamada Azərbaycan millisi 1142 xalla 124-cü pillədə göstərilib. Geri qayıt |