Əsas Səhifə > Ölkə idmanı > "Qarabağ" Premyer Liqada topa ən çox sahib olan komandadır

"Qarabağ" Premyer Liqada topa ən çox sahib olan komandadır


15-06-2023, 14:00


Futbol üzrə Azərbaycan Premyer Liqasının 2022/2023 mövsümündə topa ən çox sahib olan komandalar açıqlanıb.

BrendSport.az
xəbər verir ki, siyahıya ölkə çempionu "Qarabağ" (65,1 faiz) başçılıq edir.

"Sabah" (57,8 faiz) bu göstəriciyə görə ikinci, "Neftçi" (54,4 faiz) isə üçüncü pillədə qərarlaşıb.

Növbəti sıralarda "Zirə" (51,4 faiz), "Qəbələ" (49,1 faiz), "Kəpəz" (48,1 faiz), "Sumqayıt" (47,5 faiz), "Səbail" (44,6 faiz), "Şamaxı" (43,5 faiz) və "Turan Tovuz" (39,3 faiz) yer alıb.
Geri qayıt