Əsas Səhifə > Ölkə idmanı > "Qəbələ" daha iki futbolçusu ilə müqaviləni yeniləyib
"Qəbələ" daha iki futbolçusu ilə müqaviləni yeniləyib15-06-2023, 09:00 |
"Qəbələ" daha iki futbolçusu ilə müqaviləni yeniləyib. BrendSport.az xəbər verir ki, Ülvi İsgəndərov və Kristof Atanqana növbəti iki mövsümdə də “qırmızı-qara” formanı geyinəcək. Onlarla müqavilələrin müddəti 2025-ci ilin yayına qədər artırılıb. İsgəndərov əyalət təmsilçisinin heyətində 114 oyun keçirib. Onun hesabında 19 qol var. Atanqana isə “qırmızı-qara” forma ilə 15 matça çıxıb. Qeyd edək ki, "Qəbələ" bunadək dörd futbolçusu - İlkin Qırtımov, Urfan Abbasov, Murad Musayev və Emil Səfərovla müqavilənin müddətini uzadıb. Geri qayıt |