Əsas Səhifə > Ölkə idmanı > "Qarabağ"ın Avstriyadakı rəqiblərindən biri bəlli olub

"Qarabağ"ın Avstriyadakı rəqiblərindən biri bəlli olub


14-06-2023, 18:16


"Qarabağ"ın Avstriyadakı təlim-məşq toplanışında yoxlama oyunu keçirəcəyi rəqiblərdən biri müəyyənləşib.

BrendSport.az
xəbər verir ki, Ağdam təmsilçisi Polşanın "Legiya" komandası ilə qarşılaşacaq.

İyulun 1-də baş tutacaq görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Qeyd edək ki, "Qarabağ" Avstriyaya iyunun 22-də yollanacaq.
Geri qayıt