Əsas Səhifə > Ölkə idmanı > "Qəbələ” daha iki futbolçu ilə vidalaşıb
"Qəbələ” daha iki futbolçu ilə vidalaşıb13-06-2023, 21:10 |
"Qəbələ” daha iki futbolçu ilə yollarını ayırıb. BrendSport.az xəbər verir ki, qapıçı Səlahət Ağayev və yarımmüdafiəçi Andrey Strijak əyakət təmsilçisini tərk edib. 2022-ci ilin yayından "qırmızı-qaralar"ın şərəfini qoruyan futbolçuların müqavilə müddəti başa çatıb. 32 yaşlı qolkiper “Qəbələ”də keçirdiyi mövsüm ərzində 34 matçda iştirak edib. 24 yaşlı ukraynalı legioner isə 7 oyun keçirib. Qeyd edək ki, "Qəbələ" daha əvvəl Məqsəd İsayevlə vidalaşıb. Geri qayıt |