Əsas Səhifə > Ölkə idmanı > De Byazinin sabiq köməkçisi: "Azərbaycan millisində iki gözəl il keçirdim"
De Byazinin sabiq köməkçisi: "Azərbaycan millisində iki gözəl il keçirdim"9-06-2023, 16:10 |
"Azərbaycan millisində iki gözəl il keçirdim". BrendSport.az xəbər verir ki, bunu Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazinin sabiq köməkçisi Benito Karbone "The Sun" nəşrinə açıqlamasında deyib. Hazırda ölkəsinin "Paviya" klubuna başçılıq edən italiyalı mütəxəssis İngiltərədə komanda axtardığını bildirib: "Orada məşqçilik etmək mənim arzumdur. Uzun müddətdir, bu xəyalımı gerçəkləşdirmək istəyirəm. Agentlərimlə birlikdə mənim üçün ən yaxşısını tapmağa çalışırıq. Məni müqavilə yox, layihənin özü maraqlandırır. Bunun hansı liqa olmasının heç bir əhəmiyyəti yoxdur". O, futbolçu kimi 2000-2002-ci illərdə formasını geyindiyi "Bredford"a baş məşqçi kimi qayıtmaq istədiyini gizlətməyib: "2002-ci ildə klub müflis olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Həmin vaxt mənə verilən evdən, avtomobildən və 2,4 milyon funt sterlinqdən imtina edərək, kluba dəstək olmağa çalışdım. Çünki bu komanda və azarkeşləri mənim üçün doğmadır". Qeyd edək ki, Benito Karbone 2020 - 2022-ci illərdə Azərbaycan yığmasının məşqçisi vəzifəsində çalışıb. Geri qayıt |